Rusiyada avtomobil son sürətlə dayanacağa girdi: Yaralılar var - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində “Mercedes-Benz” markalı maşın dayanacağa çırpılıb. İki nəfər xəsarət alıb.

Bu barədə REN TV kadrlar yayımlayıb.

Bildirilir ki, yaralılardan biri beyin travması keçirib.

Hadisə yerinə tibb işçiləri və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Sürücünün xəsarət alıb-almadığı məlum deyil.

0.27883291244507