Nizami Verdiyev: Niyə sənin oğlun əsgərlikdə olmayıb, Londonda barlarda eyş-işrətlə məşğul olub?

“Ermənilərlə əlbir olan, Qərbin göstərişlərini yerinə yetirən, beşinci kolonun parlaq nümünəsi Əli Kərimli kimilərin Ali Baş Komandan haqqında fikir söyləməyə mənəvi  haqları yoxdur”

Bunu Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Rəyasət Heyətinin katibi Nizami Verdiyev Baku News-a açıqlamasında bildirib.

“Bəli Qarabağ probleminə Vətən müharibəsində son qoyuldu. Ordumuz işğalda olan torpaqları azad etdi. Üç rayonu isə bir qüllə atmadan belə azad etdik. O sən idin, Əli Kərimli, xalqı aldadırdın, deyirdin ki, ermənilər üç rayonu boşaltmayacaqlar. Bəs nə oldu, niyə çıxıb xalqa demədin ki, səhv etmişəm. Laçın şəhərini ermənilər boşaltmıyacaqlar. İndi niyə çıxıb xalqdan yalan dediyinə görə, üzr istəmirsən? Bəli, müharibə qələbəmizlə qurtarıb! Allah şəhidlərə rəhmət eləsin! Allah qazilərə şəfa versin! Amma kim deyirdi ki, Ermənistan sərhəddə təxribatlar etməyəcək? Heç kim bunu demirdi. İndi bütün xalqımız yenə də Ali Baş Komandan və Azərbaycan ordusu ətrafında birləşib, necə ki. 44 gün Vətən müharibəsi dövründə. Əli Kərimli, sən və sənin kimilərdən başqa. İndi mən sənə sual verirəm Əli Kərimli. Ermənilər sərhəddə əsgərlərimizə atəş açanda, əsgərlərimiz nə etməliydi ki? Sənin hakimiyyətin dövründə qaçmalı idi? Sənin hakimiyyətin dövründə 18 yaşından yuxarı gəncləri  küçələrdən tutub avobuslara mindirib cəbhə bölgəsinə hazırlıqsız göndərirdiz. Bunu edən sən və sənin təmsil olduğun hakimiyyətin olub. Nə vaxtsa buna görə sizlər cavab verəcəksiz”- Nizami Verdiyev bildirib.

“Mənim oğlum əsgər olaraq Vətənə borcunu cəbhə bölgəsində verib. Sənin oğlun bunu niyə etməyib, Əli Kərimli? Niyə sənin oğlun əsgərlikdə olmayıb, Londonda barlarda eyş-işrətlə məşğul olub? Sənin və sənin kimilərin danışmağa haqları yoxdur. Ermənilər kimi qələbəmizi həzm edə bilmirsizsə, barı, susun, danışmayın!”-ALDP rəsmisi qeyd edib.

0.070028066635132