Valideynlər uşağın qolunu sındırıb küçəyə atdılar

Türkiyənin İsparta şəhərində valideynlər uşaqlarını döyərək küçəyə atıblar.

“CNNTürk”ün xəbərinə görə,12 yaşlı B. Ç döyülərək evdən qovulub.

Hadisədən xəbər tutan xalası uşağı xəstəxanaya aparıb və müayinə zamanı məlum olub ki, onun qolu sınıb.

Hadisə ilə bağlı araşdırma başlayıb, valideynlər nəzarətə götürülüb.

0.31185913085938