Qızıl seyfini yolun ortasında qoyub qaçdılar

Türkiyənin Manisa şəhərində iki şəxs oğurladıqları qızıl dolu seyfi yolda qoyub qaçıblar.

DHA-nın xəbərinə görə, Salihli rayonunun Mithatpaşa Məhəlləsində qızıl mağazasından oğurluq edən şəxslərin əl arabası ilə apardığı 150 kiloqramlıq seyf yerə düşüb.

İçində 100 min lirə (28,620 AZN) qızıl olan seyfi apardıqları əl arabası aşıb və ağır olduğundan apara bilmədikləri üçün onu yolun ortasında qoyub qaçıblar.

Şübhəlilərdən biri İzmirdə tutulub, digəri isə axtarışa verilib.

0.29583883285522