2019-cu ilin maraqlı hadisələri FOTOLARDA

Peşəkar fotoqraflar 2019-cu ildə dünyada baş vermiş müxtəlif hadisələri foto obyektivlərinə köçürüblər.
Bakunews.media cari ildə baş verən maraqlı hadisələr zamanı çəkilmiş bəzi şəkilləri izləyicilərinə təqdim edir. 

Şri-Lankada hərbçilər “Müqəddəs Sebastian” kilsəsində baş verən partlayışdan sonra. Hadisə nəticəsində onlarla insan həlak olmuşdu. 21 aprel, 2019.

Rusiyanın Krasnoyarsk diyarında baş verən meşə yanğınlarını söndürməyə cəlb edilən meşə mühafizəsi xidmətinin əməkdaşı. 31 iyul, 2019.

Krasnoyarskda silah-sursat anbarındakı partlayışdan sonra yaranan yanğını izləyən ailə. 5 avqust 2019.

Qvatemalalı miqrant Leti Peres övladını qucaqlayaraq Meksikalı sərhədçidən atəş açmamağı xahiş edir. 22 iyul.2019.

Oman körfəzində neft tankerinə edilən hücumdan sonra yanğın. 13 iyul, 2019.

Nayrobidə terrorçuların ələ keçirdiyi hoteldən turistləri təxliyyə etməyə çalışan hərbçi. 15 yanvar, 2019.

Qəzadan yayınaraq qarğıdalı sahəsinə uğurlu eniş etmiş Ural Hava Yollarına məxsus “A321” təyyarəsi. 15 avqust,2019.

Çində yaşayan azsaylı Lisu xalqının mənsubları meşədə bal toplayırlar. 11 may, 2019-cu il.

Hindistanın Mumbay şəhərində xilasedicilərin dağılmış binanın uçqunlar altından həlak olan şəxslərin axtarışı fonunda yaşlı qadın. 16 iyul, 2019. 

Çilidə yaşayan venesuelalılar paytaxt Santiyaqoda müxalifət lideri Xuan Quaydoya dəstək verirlər. 23 yanvar, 2019. 

İsveçli Ekoloq fəal Qreta Tunberq Roma papası Fransisklə görüşür. 17 aprel, 2019.

Honkonqda etirazçı polisin gözyaşardıcı qaz qumbarasını tennis raketkası ilə dəf edir. 25 avqust, 2019.

Parisdə tarixi Notr-Dam kilsəsinin yanmasını dua edərək seyr edən inanclılar. 15 aprel, 2019.

Ukraynada ekzitpol səsvermənin ikinci turunun nəticələri elan olunduqdan sonra Vladimir Zelenski həyat yoldaşı ilə. 21 aprel, 2019.  

0.32710599899292