Partiya sədrindən sərt sözlər: Çoxdan sizə “ti kto takoy, davay dosvidaniya” demişəm..."

44 günlük müharibənin ilk günlərində müxalifət qüvvələri bəyanatla çıxış edərək milli birlik ortaya qoydu. Vətən müharibəsi dövründə əldə edilmiş siyasi həmrəylik, siyasi partiyaların Ali Baş Komandan, Prezident İlham Əliyevin yanında olmasının, bununla bağlı birgə bəyanat və müraciətlər imzalaması həmin günlərin  önəmli hadisələri sırasında oldu.

Ermənilərin sərhəd təxribatından sonra başlamış qarşıdurma da müxalifət qüvvələri üçün bir sınaq oldu. Bəzi müxalifət partiya rəhbərlərinin, eləcə də ictimai fəalların mövqeyi isə aşkar narazılıq doğurdu.

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev çox sərf fikirlər səsləndirdi və bu xainləri çoxdan tanıdığını qeyd etdi: 

“Hesab edirəm ki, Ordumuz həmin dəstəyi yenə də gördü. Bütün xalq yenə də Ali Baş Komandanın və əsgərlərimizin yanında oldu. İndi bunlar, cəmiyyətdən təcrid olanlar, bu tör-töküntülərin deməyi ilə deyil. Kimdilər axı bunlar? Ermənilərlə əlbir olanlar, bir mərkəzdən idarə olunanlar, hər tərəfə işləyən "Beşinci kolon" üzvlərindən soruşmaq lazımdır: ermənilər sərhəddə bizim əsgərlərimizə atəş açanda, əsgərlərimiz nə etməliydilər? Sizin hakimiyyətin dövründəki kimi qaçmalıydılar? Qırğızıstan, Tacikistan sərhədində iki gün atışma oldu, hər iki tərəfdən ölən oldu. Amma nə Qırğızıstanda, nə də ki, Tacikistanda heç kimin ağlına gəlmədi ki, sizin kimi bir cəfəngiyyət, əsgəri alçaldan bir fikir desinlər. “Xain əməllər”, “Azərbaycana strateji yüksəkliklər nə üçün lazımdır” kimi ifadələrlə Azərbaycan əsgərini alçaldırsız, Şəhidlərin ruhuna hörmətsizlik edirsiz! Azərbaycan xalqı sizləri çoxdan tanıyır, arxanızca getmir. İndi isə sizin əsl simanızı, ermənilərlə əlbir olduğunuzu gördü. Mən sizləri çoxdan tanıyıram və çoxdan sizə “ti kto takoy, davay dosvidaniya” demişəm...".

/Yeni Müsavat/

 

 

0.08164381980896