Kanada restoranı şahzadə Harri və Meqan Marklı qonaq etməkdən imtina edib

Kanada restoranı “Deep Cove Chalet”in sahibi Pyer Koffel şahzadə Harri və Meqan Marklı öz iaşə obyektində qonaq etməkdən imtina edib.

Restoran sahibinin xanımı Bev Koffel deyib ki, kral ailəsinin üzvləri restoranlarında şam yeməyi etmək istəyiblər. Buna görə də, mühafizəçilərini stolu rezerv etmək üçün göndəriblər. Lakin restoran sahibi qonaqlarının kim olacağını bilən kimi, onları qəbul etməkdən imtina edib.

Şahzadə və onun xanmı özlərini təqdim etmədən Pyerə şəxsən zəng edib danışığa gəlmək istəyiblər. Lakin restoran sahibi telefonda danışanın kral ailəsi üzvü olduğunu başa düşüb.

Pyer öz hərəkətini restoranın şahzadənin təhlükəsizliyini yüksək səviyyədə qoruya bilməyəcəyi ilə izah edib.

0.28254699707031