Tanzaniyada ən yaşlı dişi qara kərgədan öldü

Tanzaniyada Nqoronqoro qoruğunda Fausta adlı ən yaşlı dişi qara kərgədan öldü.

Bu barədə qoruğun administrasiyası özünün “Facebook” səhifəsində yazıb.

“Fausta dekabrın 27-də Nqoronqoro kraterində saat 20.29-da 57 yaşında ölüb”, - deyə məlumatda bildirilir.

Qeyd edilir ki, o, qoruğa 2016-cı ildə bir neçə goreşənin hücumu nəticəsində vəziyyəti pisləşdiyi üçün gətirilmişdi. Dişi kərgədanın görmə qabiliyyəti də pisləşdiyi üçün onun vəhşi təbiətdə qalmağı təhlükəli idi.

Qoruqdan verilən məlumata görə, kərgədanlar təbiətdə orta hesabla 37-dən 43 ilədək, qoruqda isə 50 yaşadək yaşaya bilirlər.

0.31677007675171