Jirinovskidən Putinin “yükü”nü azaltmaq üçün təklif
Rusiyanın Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski ölkədə vitse-prezident vəzifəsinin yaradılmasını təklif edib.
Gazeta.ru xəbər verir ki, bu barədə Jirinovski “Telegram” kanalında yazıb.
Onun sözlərinə görə, vitse-prezident vəzifəsi təsis ediləcəyi halda Rusiya liderinin yükünü azaltmaq mümkün olacaq.
“Bu gün ölkə başçısı “böyük öhdəlik yükü” daşıyır. İdarəetmə funksiyaları prezident, onun müavini və baş nazir arasında bölünə bilər”, - Jirinovski qeyd edib.