İmamoğlu: Ərdoğan dəvət etsə, qaça-qaça gedərəm

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək istədiyini dilə gətirib.

“Yeni Akit”in məlumatına görə, İmamoğlu ölkə başçısı ilə “Kanal İstanbul” layihəsi barədə danışmaq niyyətində olduğunu bildirib.

“İstanbulun zəlzələ, qaçqın problemi, “Kanal İstanbul” kimi bir proses var. Nəyi yanlış gördüyümüzü texniki olaraq ifadə etsəm, yanlış olar? Çox doğru olar. Təkidlə bunu tələb edəcəm. Cənab prezident bizi dəvət etsə, qaça-qaça gedərəm”, - İmamoğlu bildirib.

0.34019494056702