Partiya lideri Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpası ilə bağlı Azərbaycan xalqı təbrik etdi
Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpası ilə bağlı Azərbaycan xalqı təbrik etdi. Təbrikdə deyilir:
Əziz Həmvətənlərim!
Bu gün Azərbaycanın Dövlət Müstəqilliyi günüdür. 1991-ci il oktyabrın 18-də Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib. Bu Aktla Azərbaycan Respublikası 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin hüquqi varisi elan olunub.
Mən öz adımdan və liberal-demokrat partiyasının üzvlərin adından Azərbaycan Respublikasının bütün vətəndaşları əlamətdar gün - Dövlət Müstəqilliyinin bərpa olunmasının 31-illiyinin bayram edilməsi münasibətilə ürəkdən təbrik edirəm.
Ölkəmizə rifah, əmin-amanlıq, müvəffəqiyyətlər və dövlətimizin müstəqilliyinin əbədi olmasını arzu edirəm!
Tanrı Azərbaycan xalqına firavanlıq, tərəqqi bəxş etsin!
YAŞASIN MÜSTƏQİL AZƏRBAYCAN RESPUBLİKASI!