Fərid Cəfərov: “Könüllülər ili” ilə bağlı yeni layihələr həyata keçiriləcək

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2020-ci il “Könüllülər ili” elan edilməsi əlamətdar hadisədir. 

Bunu Bakunews.media-a açıqlamasında Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov bildirib. 

Onun sözlərinə görə, gələn il daha geniş və irimiqyaslı layihələr həyata keçiriləcək:

“Azərbaycanda ilk dəfə keçirilən Könüllülük Həftəsi ölkəmizdə könüllülüyün yeni mərhələyə qədəm qoyduğunu və böyük potensiala malik olduğunu nümayiş etdirib. Bu baxımdan düşünürəm ki, gənclərin bu sahəyə daha çox marağının reallaşdırmasına böyük bir fürsət verəcək”. 

“2019-cu ildə könüllülər baxımından əlamətdar olub. Fevralın 1-də İlham Əliyev gənclərlə görüşən zaman dövlət qurumlarına tövsiyə etmişdi ki, onlar öz sıralarına könüllüləri cəlb etsinlər. Eyni zamanda, prezident çıxışı zamanı könüllülərin fəaliyyətinə də xüsusi qiymət verdiyini vurğulamışdı. 2019-cu il ərzində İcra Hakimiyyətləri yanında könüllü qrupları təşkil olundu. Daha sonra Azərbaycan və Beynəlxalq könüllülük günləri qeyd edildi. Keçirilən tədbirlər zamanı 15 min nəfər gənc iştirak etmişdi. 2020-ci ildə “Könüllülər ili” ilə bağlı yeni layihələr həyata keçiriləcək”, - deyə F.Cəfərov qeyd edib. 

İlhamə Əbülfət

0.33843898773193