Dədə Qorqud parkı yaxınlığında iki “Mercedes” toqquşdu – VİDEO

Paytaxtın Nəsimi rayonunda iki “Mercedes”in iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Bakunews.media xəbər verir ki, hadisə Ceyhun Hacıbəyli küçəsi ilə Vaqif prospektinin kəsişməsində qeydə alınıb.

Ceyhun Hacıbəyli küçəsi ilə hərəkət edən “Mercedes” markalı avtomobil Vaqif prospektində işiqforla tənzimlənən yol ayrıcında hərəkətdə olan digər “Mercedes”ə çırpılıb.

Xoşbəxtlikdən hadisə nəticəsində yaralanan olmasa da avtomobillərə ciddi zərər dəyib.

Qəza yerinə yol patrul xidmətinin əməkdaşları cəlb edilib.

Kimin günahkar olması aparılan araşdırmadan sonra bəlli olacaq.

0.30553412437439