Fuad Əliyev: Fransa senatın qətnaməsi bir kağız parçası

Fransa Senatının və Milli Assambleyasının bu kimi destruktiv və təxribatçı addımları Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə xidmət edir, sülh gündəliyinin həyata keçirilməsinə, iki ölkə arasında münasibətlərin normallaşmasına zərbə vurur.

Bunu “Xalq Cəbhəsi”nə Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Fransa Senatında Azərbaycan əleyhinə qəbul edilmiş qətnaməyə münasibətində deyib.

Partiya sədri qeyd edib ki, bu qətnamə qərəzli, həqiqətdən kənar, ikili standartlara yönəlik bir kağız parçası olmaqla bərabər Fransada beynəlxalq hüququn, beynəlxalq humanitar hüququn və beynəlxalq insan hüquqları hüququnun süqut etdiyinin bariz göstəricisidir:

“Özünü Avropanın demokrat ölkəsi kimi qələmə verən Fransa vətəndaşlarının söz və azadlıq hüququnu əlindən alıb. Makronun siyasətinə etiraz edən mitinqlərə çıxan minlərlə Fransa vətəndaşına amansızlıq göstərən rəsmi Parisdən, işğalçı Ermənistana dəstək göstərən Makron hökumətindən bundan artıq heç nə gözləmək olmaz. Otuz il ərzində Azərbaycanın tarixi torpaqlarını işğal altında saxlayan Ermənistana qucaq açan Fransa hökuməti erməni diasporunun pulunun quluna çevrilib. Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı dünya unutmayıb. Fransa yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə aparıb, soyqırımı siyasəti yürüdüb, 1,5 milyon əlcəzairlinin ölümünə səbəb olub. Terroru və terrorçu qrupları maliyyələşdirən bir ölkə heç vaxt azadlıq və demokratiyadan, əmin-amanlıqdan danışa bilməz”.

0.061634063720703