Nizami Verdiyev: Azərbaycan ordusu ermənilərə məğlubiyyət hisslərin yenidən yaşatmağa hazırdır
“Azərbaycanın Ermənistanla olan “nə hərb, nə sülh” vəziyyəti çox çəkmiyəcək. Ya sülh prosesinə start veriləcək, ya da yenidən müharibə başlayacaq. Azərbaycan hər iki varianta hazırdır”
Bunu Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Rəyasət Heyətinin katibi Nizami Verdiyev Baku News-a bildirib.
Onun sözlərinə görə, Ermənistan sülh müqaviləsinin imzalanması prosesini əngəlləməyə çalışır:
“Məsələ uzandıqca, Ermənistan məğlubiyyətdən özünə gəlir. Və revanşistlərin sayı çoxalır. Digər tərəfdən beynəlxalq dəstəyi də artır. Fransa, İspaniya kimi dövlətlər açıq şəkldə erməniləri dəstəkləyirlər. Amma heç nə alınmıyacaq. Məsələnin həllinin geci, tezi var. Hesab edirəm ki, Azərbaycanın Ermənistanla olan “nə hərb, nə sülh” vəziyyəti çox çəkmiyəcək. Ya sülh prosesinə start veriləcək, ya da yenidən müharibə başlayacaq. Azərbaycan hər iki varianta hazırdır”.
“Azərbaycan “sülh yolu” seçib. Amma bu o demək deyil ki, biz yenə də 10, 20, 30 il oturub gözləyəcəyik. Ermənilər çox böyük səhv edirlər. Azərbaycan ordusu hazır vəziyyətdədir. Ordumuz anti-terror əməliyyatlara başlamaq və Ermnistanla sərhəddə təxribatlara cavab veməyə və onlara məğlubiyyət hisslərin yenidən yaşatmağa hazırdır”- Nizami Verdiyev qeyd etdi.