Portuqaliya Ronalduya görə FIFA-ya müraciət ünvanlayıb

Portuqaliya Futbol Federasiyası dünya çempionatında Uruqvayın qapısından keçirilən birinci qolun məhz Kriştianu Ronaldu tərəfindən vurulması barədə FIFA-ya sübutlar təqdim edib.

Qeyd olunur ki, bu qolun müəllifliyi ilə bağlı yekun qərarı FIFA-nın texniki komissiyası verəcək.

Ulduz futbolçu isə oyundan sonra verdiyi açıqlamada bildirib ki, qolun müəllifi özüdür.

“Top mənə toxundu”, - hücumçu matçdan sonra meydanı tərk edərkən bildirib.

Qeyd edək ki, Portuqaliya oyunu 2:0 hesablı qələbə ilə bitirib. Birinci qol epizodunda Ronaldu topa başı ilə zərbə vurmağa çalışıb. Əvvəlcə qolun müəllifi Ronaldu göstərilsə də, sonradan FIFA qolu Fernandeşin adına yazıb.

Mənbə: El Chiringuito TV

0.41902709007263