DÇ-2022: Seneqal millisi Ekvadorla matçda növbəti dəfə önə keçib - YENİLƏNİR + VİDEO

Qətərdə keçirilən dünya çempionatında Ekvador və Seneqal yığmaları arasında A qrupunun III tur oyununda növbəti qol vurulub. 

Afrika təmsilçisinin heyətində Kalidu Kulibali 70-ci dəqiqədə komandasını yenidən hesabda önə keçirib - 2:1. 

20:31

Qətərdə keçirilən dünya çempionatında Ekvador və Seneqal yığmaları arasında A qrupunun III tur oyununda növbəti qol vurulub. 

Cənubi Amerika təmsilçisinin heyətində Moises Kaysedo 67-ci dəqiqədə bərabərlik qoluna imza atıb - 1:1. 

20:10

Qətərdə keçirilən dünya çempionatında Ekvador və Seneqal yığmaları arasında A qrupunun III tur oyununda ikinci hissə başlayıb. 

Afrika təmsilçisi 1:0 hesabı ilə öndədir. 

Yeganə qolu 44-cü dəqiqədə penaltidən İsmaila Sarr vurub. 

19:53

Qətərdə keçirilən dünya çempionatında Ekvador və Seneqal yığmaları arasında A qrupunun III tur oyununda birinci hissə başa çatıb.

Afrika təmsilçisi fasiləyə 1:0 hesablı üstünlüklə yollanıb.

19:44

Qətərdə keçirilən dünya çempionatında Ekvador və Seneqal yığmaları arasında A qrupunun III tur oyununda hesab açılıb. 

İsmaila Sarr 44-cü dəqiqədə penaltidən fərqlənməklə Afrika təmsilçisini önə keçirib - 1:0.

19:01

Qətərdə keçirilən dünya çempionatında Ekvador və Seneqal yığmaları arasında A qrupunun III tur oyunu başlayıb.

Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürüb.

17:56

Qətərdə keçirilən dünya çempionatının A qrupunun II turunda üz-üzə gələcək Ekvador və Seneqal yığmalarının start heyətləri açıqlanıb.

Bakunews.media xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar:

Ekvador: 1. Hernan Kalindez (q), 23. Moises Kaysedo, 11. Miçel Estrada, 7. Pervis Estupinan, 21. Alan Franko, 8. Karlos Qruezo, 3. Pedro Hinkeyp, 19. Qonzalo Plata, 17. Angeo Presiado, 2. Feliks Torres, 13. Ener Valensiya (k)

Seneqal: 16. Eduard Mendi, 11. Pate Siss, 9. Bulaye Dia, 22. Abdu Diallo, 5. İdrissa Queye, 26. Pape Queyye, 14. İsmail Yakobs, 3. Kalidu Kulibali (k), 13. İliman Ndiaye, 21. Yussuf Sabali, 18. İsmaila Sarr

Qeyd edək ki, görüş saat 19:00-da start götürəcək.

0.38230109214783