Bakının “Kubinka” adlanan məhəlləsində baş verən yanğın məhdudlaşdırıldı - YENİLƏNİB - VİDEO

Bakıda fərdi evdə yanğın məhdudlaşdırılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Qeyd edilib ki, “112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Balababa Məcidov küçəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub və FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. 

Həyata keçirilmiş tədbirlər sayəsində yanğın genişlənməsinin qarşısı alınaraq qısa müddətdə məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

22:25

Bakının “Kubinka” adlanan məhəlləsində güclü yanğın başlayıb.

Bakunews.media-ın məlumatına görə, yanğınla bağlı görüntülər sosial şəbəkələrdə yayımlanıb.

Qeyd edək ki, yanğının hansı səbəbdən baş verməsi məlum deyil.

Həmin görüntüləri təqdim edirik:

 

0.47794389724731