Qadınların qatilinə çevrilən doğmalar: Qətllərlə bağlı dəhşətli rəqəmlər

“Aparılan monitorinqlərə əsasən, 2022-ci il ərzində 71 qadın qətlə yetirilib”.

Bunu Bakunews.media-a açıqlamasında “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib.

Onun sözlərinə görə, mətbuatda gedən qətl xəbərləri ilə bağlı monitorinqlər aparıblar:

“Qadınlardan 34-ü həyat yoldaşı, altısı qardaşı, üçü oğlu, dördü atası, üçü keçmiş həyat yoldaşı, beşi sevgilisi, dördü qohumu, biri nişanlısı və 11-i qeyri-müəyyən şəxs və ya şəxslər tərəfindən öldürülüb”.

“Bu il kişilər də qətlə yetirilib. Üçü arvadı, ikisi qohumu, üçü oğul və biri qardaşı tərəfindən öldürülüb. Rəqəmləri müqayisə etdikdə qadın ölümlərinin sayı daha çoxdur, - deyə o qeyd edib.

İlhamə Əbülfət

0.40590286254883