Partiya lideri: Son hadisələr onu göstərir ki, Azərbaycan ərazisində müvəqqəti yerləşən rus sülhməramlı qüvvələri  missiyanın mandatından kənar fəaliyyəti göstərir

“Azərbaycan  ərazilərində təbii sərvətlərin qanunsuz istismarına etiraz əlaməti olaraq Azərbaycanın qeyri-hökumət təşkilatlarını təmsil edən ekoloqların, könüllülərin, vətəndaş cəmiyyətin nümayəndələrin iştirakı ilə Laçın-Şuşa yolunda keçirilən etiraz aksiyasının tələblərinə birmənalı  dəstəkləyirik”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev deyib. 

“Son hadisələr onu göstərir ki, Azərbaycan ərazisində müvəqqəti yerləşən rus sülhməramlı qüvvələri  missiyanın mandatından kənar fəaliyyəti göstərir və  birtərəfli mövqe tutaraq erməni separatçıların maraqlarından çıxış edirlər. Hesab edirəm ki, Rusiyanın 9 noyabr 2020-ci ildə qəbul olunan üçtərəfli bəyanatla  götürdüyü öhdəlikləri yerinə yetirməməsi, onların ərazilərimizdən vaxtından qabaq çıxarılması məsələsi qaldırılmalıdır. Azərbaycan rəsmiləri onların nəzərlərinə bir də çatdırmalıdırlar ki, onlar bizim razılığımızla və müvəqqəti olaraq ərazilərimizdə yerləşiblər. Hökumət nümayəndələri Azərbaycan suverenliyini təhdid edən hər bir məqama qarşı çıxmalıdır”. 

0.079044103622437