Ağcabədidə qardaşlar arasında mübahisə qanla bitdi

Ağcabədi rayonunda qardaşlar arasında mübahisə birinin bıçaqlaması ilə nəticələnib.

DİN-in Mətbuat Xidmətindən APA-ya bildirilib ki, sərxoş vəziyyətdə olan 1968-ci il təvəllüdlü Ziyad İbişov qardaşı - 1961 təvəllüdlü Muradxan İbişova bıçaqla müxtəlif dərəcəli bədan xəsarətləri yetirib.

Yaralı xəstəxanaya çatdırılıb.

Ziyad İbişov polis əməkdaşları tərəfindən saxlanılıb.

0.30572295188904