Partiya lideri: Mənim qaldırdığım məsələyə hakimiyyət reaksiya verdi
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransanın yeni təyin olunmuş səfiri Ann Buayonla görüşüb və onun etimadnaməsinin surətini qəbul edib. Bu Azərbaycanın müstəqillik tarixində ilk dəfədir ki, səfirin etimadnəsini prezident yox, xarici işlər naziri qəbul edib.
Protokola əsasən bir qayda olaraq yeni səfirlərin etimadnaməsini Prezident İlham Əliyev özü qəbul edir. Nəzərə alsaq ki, son iki il ərzində Fransanın açıq aşkar erpənipərəst mövqeyi Azərbaycan-Fransa münasibətlərə ciddi zərbə vurub. Azərbaycanın Fransadakı yeni səfirimiz Leyla Abdullayevanın etimadnaməsini prezident Makron və ya Fransa xarici işlər naziri yox, XİN-in hansısa departament rəhbərin müavini qəbul etmişdi.
Baku News-a bu məsələ ilə bağlı bu il noyabrın 28-i, ilk reaksiyanı Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev verib.
Yenə də bu məsələ ilə bağlı ALDP sədri Fuad Əliyevə müraciət olunub.
Fuad Əliyev hakimiyyətin bu addımı təqdirəlayiq hesab etdiyini qeyd edib:
“Bu təqdirəlayiq addımdır. Bu məsələni ilk və bəlkə də yeganə olaraq biz qaldırmışdıq. Azərbaycan hakimiyyətində baş verən yenilənmə nəticəsində, müxalifət nümayəndələrin verdiyi istənilən bəyanatlara reaksiya verirlər. Bizim verdiklırimiz bəyanatlara, söylədiyimiz fikirləri təhlil edirlər. Və söylədiyimiz fikirlər, təkliflər dövlət məsələlərə uyğundursa, bublardan istifadə edirlər”.
ALDP sədrinin fikirincə, Fransa Azərbaycana qarşı necə davranılıbsa, biz də o cür davranmalıyıq:
“Bu bizim onlara tam adekvat da olmasa, cavabımızdır. Çünki hörmətli səfirimiz Leyla Abdullayevanın etibadnaməsinin sürətini Fransanın XİN-in hansısa departament rəhbərin müavini qəbul edib. Fikrimcə, Fransanın yeni səfirinin etimadnaməsini Azərbaycan xarici işlər naziri yox, XİN-in bir şöbə rəhbərin müavini qəbul etməliydi. Bu tam adekvat cavab olardı. Dünyada bizim kimi qonaqpərvər xalq yoxdur. Düşmən də olsa, əgər evimizə gəlibsə, həmişə hörmət etmişik. Yəqin ki buna görə biz tam olaraq adekvat addım atmadıq və Fransanın yeni təyin olunmuş səfirin təqdimatını Azərbaycan xarici işlər naziri qəbul etdi”.