Nizami Verdiyev: İndi isə, BMT-də, Qərb ölkələrində, sivil və dinc aksiyanın dayandırılmasına dair tələblər təəccüb doğurur
“Ermənilər və onların havadarları aksiyanın 10-cu günündə Azərbaycana qarşı öz əks təbliğatlarını aparırlar”
Bunu Baku News-a Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) Rəyasət Heyətinin katibi Nizami Verdiyev açıqlamasında bildirib.
Onun sözlərinə görə, Azərbaycanın təbii sərvətlərinin talanmasına qarşı keçirilən aksiyanın aydın tələbləri var:
“Aksiya iştrakçıları Monitorinq qrupuna Xankəndidəki qızıl mədənlərində yoxlamaların aparılması üçün şərait yaradılmasını tələb edirlər. Etiraz aksiyasının dekabrın 12-dən başlamasına baxmayaraq, ekofəalların tələbləri hələ də Rusiya sülhməramlı kontingenti tərəfindən yerinə yetirilmir. Ermənistan və onun havadarları aksiyaya qarşı əks təbliğat aparırlar”.
Onun sözlərinə görə həmin qüvvələr bu məsələni BMT-nın iclasında müzakirəyə çıxarıblar:
“Ermənilərin bu məsələni BMT iclasında müzakirələrə çıxarmağa nail olmasına baxmayaraq, onlar üçün heç bir nəticə vermədi və verməyəcək. Birincisi, ona görə ki, bu aksiya Azərbaycan ictimaiyyətinin haqlı narazılığının ifadəsidir və bütün tələblər obyektiv olaraq sivil məqsəd daşıyır. Azərbaycan öz suveren ərazisində təbii sərvətlərinin talanmasının qarşısını alımağına çalışır. Azərbaycanda vətəndaş cəmiyyəti fəal mövqe nümayiş etdirir. İkincisi. Ermənistanın Azərbaycan torpaqların işğalı ilə bağlı BMT-nın məlum dörd qətnaməsi var idi. BMT-nın qəbul etdiyi bu dörd qətnamə 30 ilə yaxın idi ki kağız üzərində qalmışdı. Niyə bu 30 il ərzində Ermənistana təzyiq etmədilər və erməniləri işğal etdiyi torpaqlardan çıxartmadılar? İndi isə, BMT-də, Qərb ölkələrində, sivil və dinc aksiyanın dayandırılmasına dair tələblər təəccüb doğurur”.