"Azadlıq fədaisi" mükafatı Etibar Məmmədova təqdim olunub

Baku News ALDP Mətbuat Xidmətinə istinadən xəbər verir ki, partiya tərəfindən təsis olunan “Azadlıq fədaisi” mükafatı 2022-ci ilin qalibinə təqdim olundu.

"Azadlıq fədaisi” mükafatının partiya tərəfindən 2016-cı ildə təsis edildiyini qeyd edən ALDP sədri Fuad Əliyev bildirib ki, mükafatın qalibini müəyyən etmək üçün partiyanın üzvləri arasında sorğu keçirilib:

“Ənənəvi olaraq hər il keçirilən sorğunun nəticələrinə görə qalibi elan edirk. Bu ilin qalibi istiqlalçı deputat, Azərbaycan Milli İatiqlal Partiyasının Fəxri sədri Etibar Məmmədov oldu”.

ALDP sədri Etibar Məmmədova mükafat haqqında qısa məlumat verib və “Azadlıq fədaisi” mükafatını ona təqdim edib.


Etibar Məmmədov mükafata layiq görüldüyünə görə ALDP üzvlərinə minnətdarlığını bildirib.

Mükafatın təqdimatında ALDP Sədr Aparatinin və AMİP Siyasi Şuranın üzvləri iştrak ediblər.

Xatırladaq ki, insan hüquq və azadlıqlarının qorunması sahəsində, Azərbaycanda azad və ədalətli cəmiyyətin qurulması uğrunda göstərdiyi fədakarlığına görə ictimai-siyasi xadimlərə, hüquq müdafiəçiləri üçün nəzərdə tutulan “Azadlıq fədaisi” mükafatı 06 dekabr 2016-cı ildə təsis edilib. Eks-spiker Rəsul Quliyev, Gözəl Bayramlı, Tofiq Yaqublu, Oqtay Gülaliyev, hüquq müdafiəçisi Novella xanım Cəfərova və millət vəkili, VHP sədri Sabir Rüstəmxanlı 2016-2021 illərdə “Azadlıq fədaisi” mükafatına layiq görülüblər.

0.062927961349487