Abşeronda bacanaqların davası qanla bitdi

Masazır qəsəbəsində qohumlar arasında dava düşüb.

APA xəbər verir ki, hadisə Əliağa Vahid küçəsində qeydə alınıb.

Belə ki, 1974-cü il təvəllüdlü Hüseynov Əmir Bəhruz oğlunun bacanağı ilə mübahisəsi davaya çevrilib.

Dava zamanı Ə.Hüseynov bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.

0.41715502738953