Partiya lideri: Ruben və Araik adlı quldurların erməni əhalisinə yalanları ayaq tutub yerimir

“Vardanyanı iti qovan kimi Qarabağdan qovmaq lazımdır. Bu avantürüst separatçı bölgəyə qızışdırıcı məqsəd üçün gəlib. Əgər Lavrov onun Rusiyaya aidiyyatı olmadığını bəyan edirsə, sülhməramlılar onu Xankəndidən çıxarmalıdır, əks halda Azərbaycan xüsusi xidmət orqanları məsələni həll edə bilər”.

Bu fikirləri Tribunainfo.az-a Azərbaycan Liberal Demokrat Partiyası sədri Fuad Əliyev Lavrov-Bayramov görüşündə erməni oliqarx Ruben Vardanyan haqda səslənən bəyanatlara münasibət bildirərkən deyib. Partiya sədri hesab edir ki, Moskva ondan imtina edirsə, Bakı tamamilə Qarabağdakı xunta rejiminin əsas fiqurunu rədd edə bilər. F. Əliyev hakimiyyətə səslənərək Vardanyan məsələsində daha tələbkar və sərt mövqe tutmağa çağırıb. Onun fikrincə, bu şəxsin mədənləri talan etməyə yol vermək olmaz. “Azərbaycan ərazisində erməni dövləti ola bilməz. Son aksiya separatçıların əl-qolunu bağladığımızı ortaya qoydu. Nə Xankəndidən çıxa, nə Ermənistandan ora qayıda bilirlər. Dinc erməni əhalisinə yol humanitar məqsədlər üçün açıqdı. Amma separatçılar keçə, hərbi texnika, mina daşıya bilməzlər. Əgər blokada varsa, niyə mitinq keçirmirlər? Deməli, Xankəndidə həm blokada yoxdur, həm o qədər erməni yaşamır… Vardanyanın keçirdiyi son aksiyanın pulla təşkil edildiyi, qanunsuz şəkildə Ermənistandan avtobuslarla bölgəyə daşındığı sübut edildi. Əgər doğurdan da 120 min erməni varsa, indi onların yarısı çıxıb nə üçün etiraz etmir? Odur ki, Ruben və Araik adlı quldurların erməni əhalisinə yalanları ayaq tutub yerimir. Biz məsələni köklü həll edəcəyik”.

0.086738109588623