Gəncədə arvadını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

Gəncədə həyat yoldaşını bıçaqlamaqda şübhəli bilinən şəxs polis tərəfindən saxlanılıb.

“Report”un məlumatına görə, 1980-ci il təvəllüdlü Süleymanova Aytən Məmməd qızına mübahisə zəminində bıçaqla çoxsaylı xəsarətlər yetirməkdə şübhəli bilinən həyat yoldaşı - 1978-ci il təvəllüdlü Zaur Süleymanov hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Qeyd edək ki, hadisə dekabrın 14-də baş verib.

Faktla bağlı araşdırma davam etdirilir.

0.39388489723206