Rusiya vətəndaşı azərbaycanlını qanunsuz qeydiyyata aldığı üçün cəzalanacaq

Rusiya Federasiyasının Velikolukskiy rayon sakini Azərbaycan Respublikası vətəndaşını İvanovo kəndindəki bir evdə qeyri-qanuni qeydiyyata almaqda şübhəli bilinir.

Rusiyanın Pskov vilayətindəki Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə 1961-ci il təvəllüdlü bu qadın dekabrın 2-də azərbaycanlını qeydiyyata alıb.

Məlumatda deyilir:

“Vətəndaş əvvəllər məhkum edilməyib. Hərəkəti haqqında səmimi etiraf edib. Hazırda polis bu faktla bağlı yoxlama aparır”.

0.69903898239136