Bakıda hündürmərtəbəli binada yanğın baş verib - FOTO

Bakıda hündürmərtəbəli binada yanğın baş verib.

APA xəbər verir ki, hadisə Nərimanov rayonu, İzzəddin Həsənoğlu küçəsi 2 ünvanında qeydə alınıb. Yanğın 18 mərtəbəli binanın  7-ci mərtəbəsindəki mənzillərin birində meydana gəlib.

Əraziyə yanğından mühafizə qüvvələri cəlb olunub. Bina sakinlərinin təxliyyəsinə başlanılıb.

Yanğının səbəbləri araşdırılır.

 

0.97113990783691