Naxçıvanda 29 yaşlı oğlan ata-anasını bıçaqladı

Yanvarın 10-u Naxçıvan şəhərində bıçaqlanma hadisəsi baş verib.

DİN-in Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, 1995-ci il təvəllüdlü Yəhya Mirzəmmədov 1962-ci il təvəllüdlü atası və 1976-cı il təvəllüdlü anasına bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

O, Naxçıvan Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. 

Faktla bağlı istintaq hərəkətləri aparılır.

0.45021796226501