Evlənməyə hazırlaşan Çağatay Ulusoyla Duyğu Sarışın ayrıldılar - FOTO

Türkiyədə 2016-cı ildə çəkilən “İçerde” serialında dostluqları tez bir zamanda sevgiyə çevrilən Çağatay Ulusoyla Duyğu Sarışın sosial şəbəkədə bir-birini izləmədən çıxarıblar.

Beş ildir birlikdə olan cütlüyün yayda evlənəcəyi deyilirdi.

Ulusoyun İstanbulun Sarıyer bölgəsində yeni açılan restoranda 35 yaşlı aktrisa İlkin Tüfekçi ilə səmimi şəkildə göründüyü bildirilir. Ulusoyla Tüfekçinin bütün gecə bir-birlərinə sarılaraq əyləndikləri deyilir.

Tüfekçinin Sarıyerdəki restorandan “Instagram”da paylaşım etməsi də diqqət çəkib.

Mənbə: Snob Magazin

0.61955690383911