Partiya rəsmisi: Paşinyan istəyir ki, “bacısı” olan Makronu danlşıqlarda dördüncü tərəf kimi ...
“Ermənistan-Azərbaycan arasında mümkün müharibədə bir neçə maraqlı ölkəl9 var”
Bunu Baku News-a Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Rəyasət Heyətinin katibi Nizami Verdiyev bildirib.
Onun sözlərinə görə Fransa ilə yanaşı, ABŞ-ın da mümkün müharibədə maraqlı olduğu görünür:
“Hesab edirəm ki, Fransanın Azərbaycana qarşı siyasi-diplomatik məğlubiyyətindən sonra, Paris ənənəvi düşmənçilik siyasətini gücləndirəcək. Sülh müqaviləsinin imzalanmaqdan boyun qaçıran Paşinyan da bunu istəyir. Paşinyan istəyir ki, “bacısı” olan Makronu danlşıqlarda dördüncü tərəf kimi görmək istəyir. Paralel olaraq, Fransanı Azərbaycana qarşı siyasi-diplomatik “müharibənin” gərginləşməsinə çalışır”.
“Ukrayna-Rusiya müharibəsinin uzadılmasını görən, bizim regionda müharibənin yenidən başlanmasına maraqlı olan ikinci bir dövlət ABŞ-dır. ABŞ bizim regionu Rusiyanın təsiri altından çıxarmaq istəyir. Amma ABŞ-ın seçdiyi yol, regionda gərginliyi güclındirmək, müharibə yoludur”- Nizami Verdiyev bildirib.