Partiya lideri: Sahil Babayev DOST mərkəzin 105 əməkdaşını işsiz qoyub

Son illər ölkə rəhbərliyi gənc kadrların mühüm vəzifələrə təyin edilməsi ilə bağlı sərəncamlar verir. Bu isə ümumilikdə ölkə siyasətində gənclərə maksimum diqqət və etimad göstəricisi sayılır. Amma bununla paralel, ölkədə nəyinki gənclərin, bir çoxların işsizlik problemi hələ də qalır”

Bunu Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev sosial şəbəkədə statusunda bildirib:

“Hakimiyyət nümayəndələri bildirirlər ki, kifayət qədər iş yerləri açılır. Onda ortaya sual çıxır ki, vətəndaş haradasa işləməyibsə təcrübəni harada toplamalıdır? Hələ mən başqa şərtləri demirəm. Yəni ki, iş tapmaq çox qəliz məsələdir. İşsizlik və işlə təmin olunma ilə bağlı dəfələrlə danışmışam. Bir neçə məsələni mətbuatda işiqlandırmışam. Mətbuat işçilərinə də minnətdaram ki, bu problemləri işiqlandırıblar və nəticə olaraq, məsələlər öz həllini tapıb. Bu gün mənə bir qrup Şamaxı sakinin müraciəti olub. Mənim üçün bu “qəribə” olub. Niyə qəribə? Çünki adətən narazı olanlar, şikayətçilər vətəndaşlar olur. Bu dəfə isə şikayətçilər Şamaxı rayonun Sosial Müdafiə Nazirliyin keçmiş DOST xidmətinin 105 əməkdaşı oldu. Mən Sahil Babayevə müraciət edirəm. Dövlət başçısına hesabatlarda ASAN, DOST xidmətlərin yeni mərkəzlərin açılmasını deyirsiz, hətta dövlət başçısı İlham Əliyevi mərkəzlərin açılışına dəvət edirsiz. Çox gözəl. İndi sizə sual verirəm, Şamaxıda DOST mərkəzinin bağlanması ilə bağlı dövlət başçısına məlumat vermisiz? Məlumat vermisiz ki, Şamaxı rayon DOST mərkəzinin, artıq keçmiş 105 işçisini noyabr ayından işsiz qoymusuz?! Hörmətli Sahil Babayev, Şamaxı DOST mərkəzinin açılışını dövlət başçısı və bizlərə mətbuatda xəbərlərlə “mazol” etmişdiniz, indi bağlamısız deyə niyə susursuz? Niyə siz belə problemlər yaradırsız? Onsuz da sizin rəhbərlik etdiyiniz nazirlikdən minlərlə şikayatçi var. Bunları bilirsiz?  Deməli, bu problemlərin yaradılmasında maraqlısız. Şəhid ailələrin, qazilərin, əlilərin və minlərlə digər şikayətçilərin problemlərini həll etmirsiz, əlavə olaraq keçmiş işçilərinin də problemləri ilə maraqlanmırsız. Hörmətli Sahib Babayev bu bir nəfər deyil ki, məlumatınız olmasın. Bu rəhbərlik etdiyiniz nazirliyin 105 nəfərdən ibarət olan bir Mərkəzin bağlanmasından gedir söhbət. Bu gün bu insanlar 3 aya yaxındır ki, işsiz qalıb. İşsizlik, sosial problemlərlə üzləşən minlərlərlə vətəndaşlara bu 105 nəfəri də qatdınız. Bu 105 nəfərin nümayəndələri dekabrn əvvəli Sosial Müdafiə Nazirliyin nümayəndəsilə görüşdülər və onlara yeni işıə təmin olunması ilə bağlı söz verildi. Artıq bu gün-sabah fevral ayıdır. Nə iş, nə də bu aylar işsiz olduğuna görə müavinatda verilməyib. Hörmətli Sahil Babayev. Məndə olan məlumata görə, bu yaxınlarda həmin bu 105 nəfər Sosial Müdafiə Nazirliyin qarşısında aksiyalara başlıyacaqlar. Kimlərsə bu aksiyadan öz siyasi ambisiyalarına uyğun istifadə etməməsi üçün, heç olmasa bu məsələni qanuna uyğun olaraq həll edin. Əks təqdirdə məsələnin həll olunmaması insanların hakimiyyətə qarşı qaldırdığı kimi qiymətləndirənlər olacaq”.

0.083819150924683