İran parlamentində “ABŞ-a ölüm” şüarı səsləndirildi

İran parlamentinin iclası “ABŞ-a ölüm!”, “İsrailə ölüm!” şüarları ilə başlayıb.

“Fars” agentliyinin məlumatına görə, parlamentin iclası general Qasım Süleymaninin öldürülməsinə cavab tədbirlərinin müzakirəsinə həsr olunub.

İclas zamanı bir çox millət vəkili Vaşinqtondan sərt intiqam alınması mövqeyindən çıxış edib. Parlamentin spikeri Əli Laricani də ABŞ əleyhinə çağırışları dəstəkləyib.

“Cənab Tramp! Bu bütün İran xalqının səsidir, eşit onu!”, - Laricani Trampa müraciətlə deyib.

0.33566093444824