Partiya rəsmisi: Belə çıxışlar xaricə qaçmaq üçün hesablanıb

“Belə çıxışlar xaricə qaçmaq üçün hesablanıb”

Bunu Baku News-a açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Rəyasət Heyətinin katibi Nizami Verdiyev, “Mənə bir deputatın adını çəkin ki, xalqın səsini qazanıb” sualına millət vəkili Erkin Qədirlinin cavabını şərh edərkən deyib:

“Hesab edirəm ki, bu “deputatın” (özü etiraf edir ki, seçilməyib - red)  mandatı əlindən alınmalıdır. O bundan əvvəl də bu tipli fikirlər səsləndirib. Əgər belədirsə, niyə parlamentin işində iştrak edir, maaş alır. Ona görə təmsil etdiyi təşkilat dövlət büdcəsindən hər il 120 min manat alır. Parlamentə saxtakarlıqla seçilibsə, bəs niyə bu vəsaitdən imtina etmir? Niyə onda deputat mandatının bütün imtiyazlarından yararlanır, niyə imtina etmir? Deməli, onların şəxsi maraqları var”.

“Bu təşkilatın başqa bir nümayəndəsi, Natiq Cəfərli, “DOJD” internet kanalında erməni politoloqun cavabını vermədi. Erməni politoloqun Azərbaycana qarşı qarayaxmaların birinə də cavab vermədi, yerində otuzdurmadı. Bunu etmək əvəzinə erməni ilə birləşib Azərbaycan dövlətinin “səhflərindən” dəm vururdu. Bu mövqeləri  Azərbaycana qarşı informasiya savaşını genişləndirən Ermənistan hakimiyyəti, erməni lobbisi və onların arxasında olan mərkəzlərin işinə yarayır. Kim olursan ol, harada olursan ol, hansı tədbirdə iştrak edirsən et, heç vaxt dövləti aşağılama. ALDP sədri Fuad Əliyev Vaşınqton, Brüssel və Moskvada iştrak etdiyi mötəbər tədbirlərdə ermənilərə və ermənipərəst siyasətçilərə onların “meydançasında” cavablarını verib. Hesab edirəm ki, onların belə çıxışlar xaricə qaçmaq üçün hesablanıb. Yəqin ki indidən buna hazılaşırlar” - Nizami Verdiyev qeyd edib.

0.058039903640747