ALDP İraq Türkməneli Partiyasına təbrik məktubu göndərdi

"Bu gün Türkməneli Partiyası dəyərli qardaşım Riyaz Sarıkahyanın rəhbərliyi ilə Kərkük türkmənlərinin daha yüksək zirvələrə doğru inamla irəliləməsinin ideoloji dayağı rolunda çıxış edib, İraqda və Türk dünyasında böyük nüfuz qazanıb"

Bunu Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Türkməneli Partiyasının qurulmasının 29 illiyi ilə bağlı təbrik məktubunda bildirib. Təbrik məktubu təqdim edirik:

Türkməneli Partiyasına

Türkməneli Partiyasının qurulmasının 29 illiyi münasibətilə bütün Türkməneli Partiyası üzvlərini və qardaş Kərkük xalqını təbrik edirəm.

Türkmən elinin lideri Riyaz Sarıkahya Türkməneli Partiyasının ayaqüstə durması, xalq arasında nüfuzunu qoruyub saxlamasında böyük xidmətlər göstərib, İraqın qabaqcıl siyasi partiyası olub və bu gün onun güclü rəhbərliyi altında bütün sahələrdə uğurlar əldə etməyə davam edir.

Bu gün Türkməneli Partiyası dəyərli qardaşım Riyaz Sarıkahyanın rəhbərliyi ilə Kərkük türkmənlərinin daha yüksək zirvələrə doğru inamla irəliləməsinin ideoloji dayağı rolunda çıxış edib, İraqda və Türk dünyasında böyük nüfuz qazanıb.

Türkməneli Partiyası bu gün bütün İraq, Kərkük soydaşlarımız üçün ilham mənbəyinə çevrilib. Kərkük və Azərbaycan arasındakı müstəsna əlaqələrə söykənən, qardaşlıq münasibətlərimizin bundan sonra da davam edəcəyinə tam əminəm.

Azərbaycan Liberal Demokrat Partiyası adından, Türkməneli Partiyasının başkanı Riyaz Sarıkahyanı, partiya rəhbərliyini, sıralarında birləşdirdiyi minlərlə üzvünün hər birini 29 illik yubiley münasibətilə təbrik edir, haqq yolunda yeni-yeni müvəffəqiyyətlər, əldə etdikləri böyük uğurların davamını arzulayıram.

Böyük hörmətlə,

Fuad Əliyev

Azərbaycan Liberal Demokrat Partiyasının sədri

0.057491064071655