Kanye Uest qadının əlindəki telefonu alaraq kənara tulladı - VIDEO

Amerikalı reper Kanye Uest onu çəkən qadının əlindəki telefonu alaraq kənara atıb.

Hadisənin videosu sosial şəbəkələrdə yayılıb.

İnsident Uestin qızı Nortun iştirak etdiyi futbol matçından sonra baş verib. Görüntülərdə musiqiçinin iki tanımadığı şəxslə söhbət etdiyi görünür. O, uşaqlarla vaxt keçirərkən onu çəkməmələrini xahiş edir.

Ehtimala görə, reperi çəkən qadın polisə müraciət edib. Onun paparassi olub-olmadığı məlum deyil.

0.35837888717651