Bakıdan Peterburqa qayıdan həmyerlimizin noutbuku yoxa çıxdı

Ötən gün Sankt-Peterburqda yaşayan azərbaycanlı noutbukunun itməsi ilə bağlı polisə müraciət edib.

“Nevski Novosti”nin məlumatına görə, Bakıdan qayıdan azərbaycanlı gecə saatlarında taksiyə minməyə qərar verib, evə qayıtdıqda isə 15 min rubl dəyərindəki noutbukunun yoxa çıxdığı bəlli olub.

Polisə ifadəsində azərbaycanlı sonuncu dəfə noutbuku Bakıda hava limanında gördüyünü söyləyib.

0.75203609466553