Partiya rəsmisi: Azərbaycan məhkəməsi ona cəzasını verməlidir

“İran məscidlərdə donuz saxlayan Ermənistanla münasibətlərində həmişə həmrəy olub. “İslam” sözü bu ölkənin adında əks olunub və buna baxmayaraq İranda indiki hakimiyyət İslam dinindən çox uzaqdır”

Bunu Baku News-a Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədrinin müşaviri Rəşad Ramizli açıqlamasında bildirib.

Raşad Ramizli qeyd edib ki, səfirlik ərazisi Azərbaycan dövlətinə məxsusdur:

“Səfirliyin ərazisi Azərbaycan dövlətinindir və baş vermiş silahlı hücum ölkəmizə qarşı terror aktıdır. Bu terror aktına görə bütün məsuliyyət İran hökumətinin üzərinə düşür”.

ALDP rəsmisi hesab edir ki, bu terror aktını törədən şəxs Azərbaycana gətirilməlidir:

“Yasin Hüseynzadə Azərbaycan ərazisi hesab olunan səfirlikdə terror aktı həyata keçirib. Hesab edirəm ki, Yasın Hüseynzadə Azərbaycana gətirilməlidir və Azərbaycan məhkəməsi ona cəzasını verməlidir. Əks halda onu orda öldürəcəklər və biz bu terror aktın arxasında kim durduğunu bilməyəcəyik”.

0.089945077896118