Gözəl qadının əvəzinə müxalifətçi: Xorvatiyada yeni prezident seçildi - FOTO

Xorvatiyanın Sosial Demokrat Partiyasının (SDP) sədri və ölkənin keçmiş baş naziri Zoran Milanoviç prezident seçkilərində qalib gəlib.

“İnterfaks” xəbər verir ki, bu barədə Xorvatiyanın Dövlət Seçki Komissiyasının qeyri-rəsmi məlumat yayıb. 

Məlumata əsasən, siyasətçiyə seçicilərin 52,7 faiz səs verib. Ölkənin hazırki prezidenti Kolinda Qrabar-Kitaroviç isə 43,7 faiz səs toplayıb. 

Xatırladaq ki, Kolinda Qrabar-Kitaroviç 2015-ci ilin fevralından Xorvatiyaya başçılıq edib. 

0.32073712348938