Azərbaycan Macarıstanla birgə layihələrin reallaşdırılmasını müzakirə edib - YENİLƏNİB + FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.

“Report” xəbər verir ki, görüşdə Azərbaycanın Macarıstanla tərəfdaşlığa önəm verdiyi, ölkələrimiz arasında siyasi-iqtisadi əlaqələrin yüksək səviyyədə olduğu, qarşılıqlı rəsmi səfərlərin, keçirilən görüşlərin, imzalanmış sənədlərin əməkdaşlığın inkişafına geniş imkanlar açdığı vurğulanıb.

Tərəflər iqtisadi-ticarət əməkdaşlığının gücləndirilməsi barədə fikir mübadiləsi aparıb, investisiyaların və ticarətin təşviqi, birgə layihələrin reallaşdırılması imkanlarını müzakirə ediblər.

18:48

Azərbaycan və Macarıstan investisiyaların və ticarət əlaqələrinin təşviqi, birgə layihələrin reallaşdırılması imkanlarını müzakirə edib.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Twitter” hesabında yazıb.

“Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə ölkələrimizin ikitərəfli münasibətlərinə töhfə verən təşəbbüslərin əhəmiyyətini vurğuladıq, investisiyaların və ticarət əlaqələrinin təşviqi, birgə layihələrin reallaşdırılması imkanlarını müzakirə etdik”, - M. Cabbarov qeyd edib.

 

0.58683180809021