Beyons rekord sayda Qremmi qazandı

Beyons Los-Ancelesdə keçirilən 65-ci Qremmi Mükafatları mərasimində rekorda imza atıb.

Müğənni “Ən yaxşı rəqs/elektron səsyazma” (“Break My Soul”), “Ən yaxşı R&B Performansı” (“Plastic Off the Sofa”), “Ən yaxşı rəqs/elektron musiqi albomu” (“Renessans”) və “Ən yaxşı R&B mahnısı” (“Cut it”) nominasiyalarında dörd mükafat qazanıb.

İlin albomu Harri Staylsın “Harry's House”, ilin yazısı Lizzonun “About Damn Time”, ilin mahnısı Bonni Reyrtin ifa etdiyi “Just Like That” seçilib. Samara Coy isə ən yaxşı gənc sənətçi olub.

Ümumilikdə, yeni mükafatları nəzərə alsaq, Beyons 32 Qremmi mükafatına sahibdir. Bundan əvvəl dirijor Qeorq Solti 31 mükafatla rekorda sahib idi.

Beyons bu il doqquz Qremmi mükafatına namizəd olub və onun ümumi nominasiyalarının sayı 88-ə çatıb. Bu göstərici üzrə ifaçı həyat yoldaşı reper Cey Zi ilə birlikdə bir nömrədir.

Mənbə: meduza.io

0.39930486679077