Cəlilabadda keçmiş həyat yoldaşını qətlə yetirib, intihara cəhd edən şəxs xəstəxanada ölüb

Cəlilabad rayonunda keçmiş həyat yoldaşını qətlə yetirib, intihara cəhd edən 1987-ci il təvəllüdlü Elxan Əmanov xəstəxanada ölüb.

“Report”un məlumatına görə, o, yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, fevralın 6-da Cəlilabad rayonu Muğan kəndində 1992-ci il təvəllüdlü Aysel Abbasovanın bıçaqla qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı 1987-ci il təvəllüdlü Elxan Əmanov hadisədən sonra sirkə turşusu içdiyi üçün xəstəxanaya yerləşdirilmişdi.

0.43320512771606