Fuad Əliyev: Xəbər həqiqətə uyğun deyil

“Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Yeni Azərbaycan Partiyasına birləşəcəyi ilə bağlı xəbər həqiqətə uyğun deyil”.

Bu sözləri ALDP-nin sədri Fuad Əliyev yayılmış  məlumatı Azpost.info-ya şərh edərkən bildirib

Fuad Əliyevin sözlərinə görə ALDP heç vaxt YAP-ın siyasi kursunu dəstəkləməyib: 

“Biz müxalifət partiyası olaraq daim onların siyasətini tənqid etmişik. Bu gün də daxili siyasətlə, sosial problemlərlə bağlı tənqidi çıxışlar edirik. Biz hansısa partiya ilə birləşmək fikrimiz yoxdur”.

Fuad Əliyev deyib ki, Liberal Demokrat Partiyası ilə kimlər birləşmək istəyərsə, təklifləri müzakirə etməyə hazırdırlar: 

“Siyasi Partiyalar haqqında” yeni qanuna uyğun olaraq, hər bir partiya 5 min üzvün qeydiyyatını aparmalıdır. Bu istiqamətdə heç bir çətinliyimiz yoxdur, kifayət qədər üzvümüz var, sənədləri vaxtında Ədliyyə Nazirliyinə təqdim edəcəyik”.

0.086364984512329