Nigeriyada dəniz quldurları üç nəfəri qaçırdı

Dəniz quldurları Nigeriyada bir gəmiyə hücum ediblər. 

“RİA Novosti” xəbər verir ki, hücum zamanı gəminin üç ekipaj üzvü qaçırılıb. 

Bildirilib ki, quldurlar yanvarın ikisində AMBİKA neft tankerinə hücum edərək iki rus və bir hindistanlı olduğu ehtimal edilən üç heyət üzvünü girov götürüblər. 

Bundan sonra yerli hüquq mühafizə orqanlarının xilasetmə qrupunun altı üzvü təhlükəni aradan qaldırmaq üçün gəmiyə göndərilib. Lakin quldurlarla xilasedicilər arasında atışmada dörd dəniz zabiti öldürülüb. 

Qaçırılan ekipaj üzvlərinin axtarışı davam edir. 

0.27788496017456