Partiya lideri: Sənədlərə baxış keçiririk

“Siyasi partiyalar haqqında” Qanun qəbul edildikdən sonra siyasi cameədə müəyyən aktivlik müşahidə olunur. 

Partiyalar yeni qanunun müddəalarına uyğunlaşmağa məcburdur. Bunun üçün partiyalar qanunun qəbulundan sonra 6 ay müddətində ən az 5 min üzvü haqqında məlumatları Ədliyyə Nazirliyinə verməlidir. Nazirlik aidiyyəti üzrə 1 ay müddətində təqdim olunan üzv siyahılarına baxıb geri qaytarır və partiya 90 gün ərzində qurultaya gedərək yeni qanunun tələblərinə uyğunlaşmalıdır. 

Bəs hazırda partiyalar nə iş görür? 

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev də üzvlərlə bağlı məlumatlarda dəqiqləşdirmə apardıqlarını deyib: 

“Sənədlərə baxış keçiririk. 24 illik partiyayıq, bu dövr ərzində partiyadan uzaqlaşanlar, rəhmətə gedənlər olub. Bu məsələləri dəqiqləşdiririk. Yəqin ki, bu proses yaxın bir ay ərzində yekunlaşacaq və üzvlərimizlə bağlı məlumatları Ədliyyə Nazirliyinə təqdim edəcəyik. Partiyanın rəhbər heyəti, şöbə sədrləri hazırda bu işlərlə məşğuldur”. 

/Cebhe info/

0.068321943283081