Üç yaşlı uşaq valideynləri ilə gizlənpaç oynayan zaman öldü

Rusiyanın Ulyanovsk şəhərində üç yaşlı uşaq valideynləri ilə gizlənpaç oynayan zaman ölüb.

“RİA Novosti” xəbər verir ki, bu barədə regionun prokurorluğundan məlumat veriblər.

Məlumata əsasən, uşaq valideynləri ilə gizlənpaç oynayan zaman transformer-krovatda gizlənib. Bir qədər vaxt keçdikdən sonra uşaqın ölüsünü krovatın içində tapıblar.

Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.

0.27867388725281