Polşada quş qripi epidemiyası: 100 mindən artıq toyuq tələf oldu

Polşanın iki regionunda təhlükəli quş qripi virusu yayılmaqdadır.

TSN xəbər verir ki, Böyük Polşa və Lüblin bölgələrində 100 mindən artıq quş tələf olub.

Bu bölgələr vacib heyvandarlıq regionu kimi tanınır. Mütəxəssislər hazırda onlarla quş fermasını yoxlayırlar.

Qeyd edək ki, Polşa Avropada ən iri quş əti istehlakçısı sayılır.

0.31219506263733