Nigeriya-Kamerun sərhədində terror aktı: 30 nəfər öldü, 35 insan yaralandı

Nigeriyanın şimal-şərqində, Kamerunla sərhədin yaxınlığında partlayış törədilib.

“Reuters” xəbər verir ki, sərhəddə yerləşən Qamboru şəhərində körpüdə baş verən hadisə zamanı azı 30 nəfər həlak olub.

Şahidlərin sözlərinə görə, yerli xəstəxanaya 35-dən çox yaralı yerləşdirilib.

Terror aktının “Boko Haram” radikal qruplaşması tərəfindən həyata keçirildiyi ehtimal edilir. 

0.31954002380371