İran ABŞ-dan qisas almaq üçün 13 variant hazırlayıb

İranın Milli Təhlükəsizlik üzrə Ali Şurası general Qasım Süleymaninin öldürülməsinə cavab olaraq ABŞ-dan qisas almaq üçün 13 variant hazırlayıb.

Bakunews.media-ın məlumatına görə, Şuranın katibi Əli Şamxani belə bəyanatla çıxış edib.

Bundan əvvəl İran parlamenti ABŞ ordusu və Pentaqonu terror təşkilatı kimi tanıyan qətnamə qəbul edib.

Xatırladaq ki, yanvarın 3-də ABŞ aviasiyasının raket zərbələri nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Əl-Qüds” qüvvələrinin komandanı Qasım Süleymani Bağdad hava limanı ərazisində ölüb.

Aqşin Kərimov

0.30287194252014